...

İsrail İran rəhbərini aradan götürmək üçün muzdlu qatillərə pul ödəyib – Əhmədinejad

Dünya xəbərləri Materials 2 Avqust 2010 16:22 (UTC +04:00)
"Sionist rejimi"nin nümayəndələri İran rəhbərini aradan götürmək üçün muzdlu qatillərə pul ödəyiblər.
İsrail İran rəhbərini aradan götürmək üçün muzdlu qatillərə pul ödəyib – Əhmədinejad

"Sionist rejimi"nin nümayəndələri İran rəhbərini aradan götürmək üçün muzdlu qatillərə pul ödəyiblər. Bu sözləri İran Prezidenti Mahmud Əhmədinejad hazırlanan sui-qəsdin detallarını açıqlamayaraq deyib. Məlumatı ILNA informasiya agentliyi yayıb.

"İsrail İran xalqına qarşı terror aktları həyata keçirsə də, heç nəyə nail ola bilməyib", - o deyib. "Siz ayrı-ayrı adamları öldürməklə nəyə nail olacaqsınız?" - Əhmədinejad İsrail rəhbərliyinə müraciət edərək bildirib.

Rəsmi Tehran bəzi ölkələri, o cümlədən İsraili "Cundullah" terrorçu qruplaşmasını dəstəkləməkdə dəfələrlə günahlandırıb.

"Bəluçistanlı sünnilərinin "Cundullah" təşkilatı 2003-cü ildə yaradılıb və həm İranın, həm də qonşu Pakistanın Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllərdə, silahlı qarətlərdə, adam oğurluğunda partlayış və təxribatlarda günahlandırır. Rəsmi Tehranın bildirdiyinə görə, "Cundullah" qruplaşmasının ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlaqəsi var.

Xəbər lenti

Xəbər lenti