İranın Kirman əyalətində narkotik qaçaqmalçılığı ilə məşğul olan 9 nəfər barəsində edam hökmü çıxarılıb. Bunu İranın Kirman şəhər inqilab məhkəməsinin sədri Dadxuda Salari deyib. Məlumatı MEHR xəbər agentliyi yayıb.
Salari əlavə edib ki, edama məhkum olunmuş şəxslərdən biri 20 min morfi ampulunu ölkənin müxtəlif əyalətlərində paylamaqla məşğul olub. Edama məhkum olunmuş digər şəxslərdən 105 kiloqram heroin və kokain, 800 kiloqram digər narkotik maddələr müsadirə olunub.