...

Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

Dünya xəbərləri Materials 4 Avqust 2010 18:35 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yaxın vaxtlarda İrana səfər edəcək. Bu barədə Ermənistan XİN rəhbərinin müavini Arman Kirakosyan bildirib.
Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yaxın vaxtlarda İrana səfər edəcək. Bu barədə Ermənistan XİN rəhbərinin müavini Arman Kirakosyan bildirib. Məlumatı ISNA informasiya agentliyi yayıb.

O qeyd edib ki, Ermənistanın xarici işlər naziri İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik məsələsini müzakirə etməyi planlaşdırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti