...

Türkiyə Arizonanın mühacirət qanunu ilə bağlı Meksikanın baxışlarını bölüşür – XİN rəhbəri

Dünya xəbərləri Materials 14 Avqust 2010 10:42 (UTC +04:00)
Türkiyə və Meksikanın xarici işlər nazirləri cümə günü Ankarada əməkdaşlıq proqramı və razılaşma haqqında memorandum imzalayıblar. Bu barədə Аnadolu agentliyi xəbər verir.
Türkiyə Arizonanın mühacirət qanunu ilə bağlı Meksikanın baxışlarını bölüşür – XİN rəhbəri

Türkiyə və Meksikanın xarici işlər nazirləri cümə günü Ankarada əməkdaşlıq proqramı və razılaşma haqqında memorandum imzalayıblar. Bu barədə Аnadolu agentliyi xəbər verir.

Sənədlərin imzalanması müxtəlif sahələrdə, təhsil, elm, mədəniyyət, incəsənət, mətbuat, gənclər və idman sahələri də daxil olmaqla, Türkiyə ilə Meksika arasında əməkdaşlığa kömək edəcək.

Türkiyənin xarici işlər naziri özünün meksikalı həmkarı Patrisiya Espinosa ilə keçirdiyi birgə mətbuat konfransında deyib: "Biz investisiyaların stimullaşdırılması və ikiqat vergitutulmadan yayınmaq məqsədilə danışıqlar aparmaq barədə razılığa gəlmişik".

Davudoğlu türk vətəndaşları üçün viza prosedurlarının yüngülləşdirilməsinə görə Meksikaya təşəkkür edərək bildirib ki, Türkiyə Meksika vətəndaşlarına vizaların aeroportlarda verilməsinə başlayacaq.

Davudoğlunun sözlərinə görə, Amerikanın Arizona ştatının bu yaxınlarda qəbul etdiyi mühacirət qanunu narahatlıq doğurur. Çünki bu qanun ksenofobiyanın artmasına gətirib çıxara bilər.

Davudoğlu Türkiyənin bu məsələdə Meksikanın baxışlarını böıüşdüyü bildirib.

Arizonada 2010-cu il iyulun 29-dan qüvvəyə minən qanuna görə, ABŞ ərazisində qanunsuz olmaqda şübhəli bilinən adamların sənədlərinin yoxlanılması hüququ polisə verilir. Əvvəllər belə yoxlamaları yalnız miqrasiya xidmətinin əməkdaşları apara bilərdilər. Həmçinin, yeni qanuna görə, hüquq-mühafizə orqanları qeyri-leqal şəxslərin aşkar edilməsi və ölkədən çıxarılması üzrə işləri gücləndirməlidirlər.

Meksika Prezidenti Felipe Kalderon hesab edir ki, Arizonanın yeni miqrasiya qanunu qəbuledilməzdir və irqi ayrı-seçkilik xarakteri daşıyır.

Meksikalı hüquqşünasların fikrincə, mühacirət haqqında yeni qanun ABŞ Konstitusiyasını pozur. Çünki bu qanun polislərə sənədlərin irqi və milli əlamətlərə görə yoxlanması hüququnu verir.

Xəbər lenti

Xəbər lenti