...

İran tərəfinin "Vyana qrupu" ilə görüşü sentyabrda mümkündür – Atom Enerjisi Təşkilatının rəhbəri

Dünya xəbərləri Materials 25 Avqust 2010 16:07 (UTC +04:00)

"Vyana qrupu" ilə (Rusiya, ABŞ, Fransa və Beynəlxalq Atom Enerjisi Agentliyi) danışıqların sentyabrda baş tutması mümkündür. Bu barədə çərşənbə günü İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib. Məlumatı ILNA agentliyi yayıb.

''Biz hələlik "Vyana qrupu"ndan heç bir cavab almamışıq, lakin BAEA-nın direktoru Yukiya Amano görüşü yubatmadan təşkil etmək niyyətindədir. Buna görə də görüşün sentyabrda baş tutacağı istisna olunmur", - Salehi mətbuat konfransında bildirib.

Rəsmi Tehran iyulun sonlarında "Vyana qrupu"na İranın nüvə probleminin nizamlanması üzrə təkliflə məktub göndərib.

Ötən ilin oktyabrında "Vyana qrupu" İrana uranın Rusiyada zənginləşdirilməsini təklif etmişdi. Tehran isə Qərb tərəfdaşlarının etibarsızlığını bəyan edərək mübadilənin sinxron şəkildə onun ölkəsində həyata keçirilməsini tələb etmişdi.

Qərb İranı nüvə problemini həll etmək istəməməkdə günahlandırıb, ABŞ isə İrana qarşı sanksiyaların sərtləşdirilməsinə təşəbbüs göstərib.

Xəbər lenti

Xəbər lenti