Buşəhr AES-i və gələcəkdə yaradılacaq atom stansiyalarını nüvə yanacağı ilə təmin etmək üçün İran Rusiyaya RF-ə məxsus lisenziya ilə nüvə konsorsiumu yaratmağı təklif edib. Bu barədə İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi televiziya ilə çıxışı zamanı bildirib. Bu barədə IRNA agentliyi məlumat verib.
O əlavə edib ki, hazırda Moskvada bu təklifə baxılır.
Salehi qeyd edib ki, İran bütün nüvə yanacağını öz ərazisində istehsal etmək fikrində deyil.
"İndiki məqamadək biz 25 kiloqram 20 faizədək zənginləşdirilmiş uran istehsal etmişik və gələcəkdə nüvə çubuqlarının istehsalı üzrə ilk zavod istismara vermək fikrindəyik", - o bildirib.