Türkiyə, İstanbul, 15 sentyabr /Trend, xüsusi müxbir T.Şanlı/
İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ikitərəfli görüşü başlayıb. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verib.
Görüşün yekunları üzrə Türkiyə və Azərbaycan arasında strateji əməkdaşlığın Ali Şurasının yaradılması haqqında sazişin imzalanacağı gözlənilir.
Bundan əvvəl Azərbaycan Prezidenti türkiyəli həmkarı Abdullah Gül ilə görüşüb.