...

Dünyanın din haqqında nizamnaməyə ehtiyacı var - Laricani

Dünya xəbərləri Materials 16 Sentyabr 2010 14:24 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani dünya ölkələri parlamentlərinin spikerlərinə məktubunda ABŞ-da Quranın təhqir olunması ilə bağlı son faktı pisləyib və Beynəlxalq Parlamentlər Təşkilatını din haqqında nizamnamənin yaradılmasına kömək etməyə çağırıb. Bu barədə ILNA agentliyi məlumat verir.
Dünyanın din haqqında nizamnaməyə ehtiyacı var - Laricani

İran Parlamentinin spikeri  Əli Laricani dünya ölkələri parlamentlərinin spikerlərinə məktubunda ABŞ-da Quranın təhqir olunması ilə bağlı son faktı pisləyib və Beynəlxalq Parlamentlər Təşkilatını din haqqında nizamnamənin yaradılmasına kömək etməyə çağırıb. Bu barədə ILNA agentliyi məlumat verir.

"Bu gün ekstremist və təhlükəli baxışlara malik adamlar öz islam əleyhinə fikirləri və hərəkətləri ilə problemlər yaradırlar", - parlamentarilərə məktubda deyilir.

Bir az əvvəl pastor Terri Consun islamın Müqəddəs Kitabını ictimaiyyət qarşısında təhqir etmək niyyətinin hamı tərəfindən pislənməsinə və onun öz planlarından əl çəkməsinə baxmayaraq, sentyabrın 11-də Amerikanın Tennesi ştatında iki keşiş Quran nüsxəsini yandırıb.

Xəbər lenti

Xəbər lenti