...

Tehran nüvə proqramı üzrə gələcək danışıqlarda heç bir güzəştə getməyəcək – XİN nümayəndəsi

Dünya xəbərləri Materials 28 Sentyabr 2010 15:52 (UTC +04:00)
Gələcəkdə dünya dövlətləri ilə nüvə danışıqları İranın mülki məqsədlərlə nüvə proqramını istifadə etmək hüququnu tanımağa yönəldiləcək və Tehran heç bir güzəştə getməyəcək.
Tehran nüvə proqramı üzrə gələcək danışıqlarda heç bir güzəştə getməyəcək – XİN nümayəndəsi

Gələcəkdə dünya dövlətləri ilə nüvə danışıqları İranın mülki məqsədlərlə nüvə proqramını istifadə etmək hüququnu tanımağa yönəldiləcək və Tehran heç bir güzəştə getməyəcək. Bunu İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst deyib. Məlumatı "dpa" yayıb.

O əlavə edib ki, danışıqlarda Vyana qrupu (Rusiya, ABŞ, Fransa və BAEA), Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya iştirak edəcək.

"Vyana qrupu ilə danışıqlar ən çox Tehran tibbi reaktoru üçün İranın zənginləşdirilmiş uranının nüvə yanacağı ilə mübadiləsi kimi texniki məsələlərə yönəldilməlidir. Aİ ilə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Ketrin Eşton tərəfindən təqdim olunan və "5+1" qrupu ilə danışıqlar siyasi xarakter daşımalıdır", - Mehmanpərəst deyib.

Onun sözlərinə görə, bütün danışıqlar İranın Nüvə silahlarının yayılmaması haqqında müqavilənin iştirakçısı və BAEA-nın üzvü kimi nüvə işləri ilə bağlı hüquqlarını təsdiq etməlidir.

Ötən həftə Prezident Mahmud Əhmədinejad İranın oktyabrda nüvə problemi üzrə danışıqların aparılmasına hazır olacağını bəyan edib və vurğulayıb ki, nüvə proqramı ilə bağlı heç bir güzəştə getməyəcək.

Xəbər lenti

Xəbər lenti