...

"5+1" qrupu İranın danışıqlar haqqında təkliflərini qəbul edib

Dünya xəbərləri Materials 6 Oktyabr 2010 13:10 (UTC +04:00)
"5+1" qrupu danışıqların başlanması, həmçinin, Tehran tərəfindən irəli sürülən təşəbbüslər haqqında İranın təklifini qəbul edib ki, bu təkliflərdən biri də Tehran sazişi əsasında danışıqlar aparmaqdır. Bu barədə İran Parlamenti yanında Siyasi ticarət və milli təhlükəsizlik üzrə komissiyanın rəhbəri Ələddin Borucerdi deyib, - məlumatı "jamejamonline.ir." qəzetinin saytı yayıb.
"5+1" qrupu İranın danışıqlar haqqında təkliflərini qəbul edib

"5+1" qrupu danışıqların başlanması, həmçinin, Tehran tərəfindən irəli sürülən təşəbbüslər haqqında İranın təklifini qəbul edib ki, bu təkliflərdən biri də Tehran sazişi əsasında danışıqlar aparmaqdır. Bu barədə İran Parlamenti yanında Siyasi ticarət və milli təhlükəsizlik üzrə komissiyanın rəhbəri Ələddin Borucerdi deyib, - məlumatı "jamejamonline.ir." qəzetinin saytı yayıb.

O əlavə edib ki, "5+1" qrupu və İran arasında gələcək danışıqlar İran tərəfinin təklifləri çərçivəsində keçiriləcək.

Bundan əvvəl çərşənbə axşamı İran XİN nümayəndəsi Ramin Mehmanpərəst deyib ki, İran "5+1" qrupu ilə danışıqların Nyu-Yorkda - BMT Baş Assambleyasının kuluarında nazirlər səviyyəsində aparılması təklifini irəli sürüb.

İran iddia edir ki, mayın 17-də İran, Braziliya və Türkiyə arasında imzalanmış Tehran sazişi əsasında danışıqlara hazırdır.

Xəbər lenti

Xəbər lenti