...

2012-ci ildəki seçkilərdə Gürcüstan demokratiya tərəfə irəlilədiyini sübut etməlidir – Klinton

Dünya xəbərləri Materials 7 Oktyabr 2010 11:27 (UTC +04:00)
2012-ci ildə Parlament və 2013-cü ildə Prezident seçkiləri Gürcüstanda demokratiyanın inkişafının göstəricisi olmalıdır. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonda Strateji Əməkdaşlıq Haqqında Xartiya çərçivəsində Gürcüstan-Amerika komissiyasının inauqurasiya iclasından əvvəl Baş nazir Nika Gilauri ilə birgə keçirdiyi mətbuat konfrasında bəyan edib.
2012-ci ildəki seçkilərdə Gürcüstan demokratiya tərəfə irəlilədiyini sübut etməlidir – Klinton

Gürcüstan, Tbilisi, 7 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

2012-ci ildə Parlament və 2013-cü ildə Prezident seçkiləri Gürcüstanda demokratiyanın inkişafının göstəricisi olmalıdır. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonda Strateji Əməkdaşlıq Haqqında Xartiya çərçivəsində Gürcüstan-Amerika komissiyasının inauqurasiya iclasından əvvəl Baş nazir Nika Gilauri ilə birgə keçirdiyi mətbuat konfrasında bəyan edib.
"May ayında Gürcüstanda keçirilən yerli seçkilər demokratiya və seçki azadlığı yoluna irəliyə doğru hərəkətin olduğunu göstərdi. Lakin 2012 və 2013-cü illərdəki seçkilər Gürcüstanın azadlığın təmin olunmasında öz öhdəliklərini təkcə yerinə yetirmədiyini, həm də artıqlaması ilə yerinə yetirdiyini nümayiş etdirməlidir", - o deyib.
Klintonun sözlərinə görə, əgər demokratiyanın gücləndirilməsi istiqamətində daha qətiyyətli addımılar atılarsa, Gürcüstan regionda demokratik inkişafın modeli ola bilər. Gürcüstan demokratik institutları inkişaf etdirməklə bu istiqamətdə zəruri addımlar atır və ABŞ bu yöndə öz yardımını gücləndirmək fikrindədir", - o bildirib.
Dövlət katibi Gürcüstan Parlamentinin yaxın vaxtlarda ölkədə demokratiya və azadlığın daha da inkişafına imkan verən yeni Konstitusiyanı qəbul edəcəyinə ümidvar olduğunu bildirib.
"Biz Gürcüstanın "qızılgül inqilabı"ndan sonra əldə etdiyi uğurları tanıyırıq. Biz Gürcüstandakı demokratik prosesləri dəstəkləyir və ABŞ-ın dəstəyinin bu prosesdə mühüm olacağına ümidimizi ifadə edirik", - o qeyd edib.
Dövlət katibinin sözlərinə görə, ABŞ Gürcüstanı "müxtəlif səviyyələrdə dəstəkləyir və bu dəstək bundan sonra da göstəriləcək".

Xəbər lenti

Xəbər lenti