...

İranın "Müşarikət Cəbhəsi" Mərkəzi Şurasının üzvü həbs olunub

Dünya xəbərləri Materials 13 Oktyabr 2010 12:18 (UTC +04:00)
Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, "Müşarikət Cəbhəsi" Mərkəzi Şurasının üzvi Əli Şukurirad ötən gecə həbs olunub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.
İranın "Müşarikət Cəbhəsi" Mərkəzi Şurasının üzvü həbs olunub

Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, "Müşarikət Cəbhəsi" Mərkəzi Şurasının üzvi Əli Şukurirad ötən gecə həbs olunub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.

Dövlətabadi, Şukuriradın hansı ittihamlarla təqsirləndirildiyi haqqında məlumat verməyib. Lakin İran KİV-in məlumatına görə, Şukurirad ötən həftə öz şəxsi bloqunda İranın sabiq təhlükəsizlik naziri və məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Əjeyi və İranın baş prokuroru haqqında "Məhkəmə qalmaqalı: Möhsüni Əjeyi getməlidir" adlı tənqidi məqalə dərc edib.

Dövlətabadi, həmçinin, əlavə edib ki, İranın Məsləhət Məclisi Şurasının sədri Əli Əkbər Haşimi-Rəfsəncaninin oğlu Mehdi Haşimi də ölkəyə daxil olan kimi həbs ediləcək. İranın Məsləhət Şurasının sədri və ölkənin eks-prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin uşaqları Mehdi və Faizə Haşimilər ölkədə qarışıqlıq salmaqda, həmçinin, 2009-cu ilin iyununda Prezident seçkilərinin nəticələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə dəfələrlə ittiham olunublar. Faizə və Mehdi Haşimilər barəsində cinayət işi açılıb. Prezident seçkilərindən sonra mitinqlər zamanı Haşiminin qızı iki dəfə həbs edilib, Mehdi Haşimi isə uzun illərdir Böyük Britaniyada yaşayır.

Xəbər lenti

Xəbər lenti