...

Gürcüstan parlamentinin keçmiş vitse-spikeri adam oğurluğunda şübhəli bilinərək həbs olunub

Dünya xəbərləri Materials 16 Oktyabr 2010 15:16 (UTC +04:00)
Gürcüstan parlamentinin keçmiş vitse-spikeri Zurab Surmanidze polis tərəfindən saxlanılıb.
Gürcüstan parlamentinin keçmiş vitse-spikeri adam oğurluğunda şübhəli bilinərək həbs olunub

Gürcüstan, Tbilisi, 16 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan parlamentinin keçmiş vitse-spikeri Zurab Surmanidze polis tərəfindən saxlanılıb. Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, Surmanidze və onun iki əlaltısı alman investorun oğurlanmasında və ondan azad olunması üçün zorla pul tələb etməkdə günahlandırılırlar.

Məlumata görə, Surmanidze, Georgi Berulava və Murtaz Meurmişvili almaniyalı investorlardan birini bir neçə gün saxlayaraq ondan 270 min dollar pul tələb ediblər.

İnvestorun ifadələrinə görə, oğrular ona fiziki təzyiq göstəriblər, eləcə də keçmiş vitse-spikerin özü məbləğin 100 min dollarlıq hissəsini almaqla razılaşmayaraq bütün məbləği tələb edib.

Faktla bağlı araşdırma aparılır. Günahları məhkəmədə sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 10 il həbs cəzası gözləyir.

Surmanidze Gürcüstan parlamentinin üç çağırışda deputatı olub. O, Aslan Abaşidzenin partiyasından parlamentə daxil olub, sonra isə keçmiş Baş nazir Zurab Jvaniyanın komandasının üzvü olub.

Xəbər lenti

Xəbər lenti