...

Türkiyədə terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 21 Oktyabr 2010 10:39 (UTC +04:00)
Türkiyədə terror aktının qarşısı alınıb
Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin paytaxtı Ankarada terror aktının qarşısı alınıb. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib. Ankara polisinin verdiyi məlumata görə, PKK terror təşkilatının üzvü şəhərin müxtəlif yerlərində bir sıra terror aktları həyata keçirməyi planlaşdırıb. Aparılan operativ əməliyyat tədbirləri nəticəsində, terrorçunun  mənzilindən çoxlu sayda silah sursatı və partlayıcı maddə aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti