...

İranın Gilan əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 22 Oktyabr 2010 14:09 (UTC +04:00)
Bu gün səhər İranın Gilan əyalətinin Rəşt şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "iribnews" məlumat verib.
İranın Gilan əyalətində zəlzələ baş verib

Bu gün səhər İranın Gilan əyalətinin Rəşt şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "iribnews" məlumat verib.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz Rəşt şəhərində zəlzələnin yerli vaxtla saat 11:30-də baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar haqqında hələ ki heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti