...

İran Əfqanıstana maliyyə yardımını davam etdirəcək - İran XİN sözçüsü

Dünya xəbərləri Materials 26 Oktyabr 2010 15:17 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, rəsmi Tehran Kabilə maliyyə yardımını davam etdirəcək.
İran Əfqanıstana maliyyə yardımını davam etdirəcək - İran XİN sözçüsü

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, rəsmi Tehran Kabilə maliyyə yardımını davam etdirəcək. Bundan əvvəl, "New York Times" qəzeti Əfqanıstan Prezidenti Aparatının rəhbəri Ömər Davud Zinin İrandan külli miqdarda maliyyə vəsaiti aldığını açıqlamışdı.

İranın Kabildəki Səfirliyi "New York Times" qəzetinin iddiasını rədd etsə də, Əfqanıstan Prezidenti Həmid Kərzai oktyabrın 25-də Tacikistana səfərində keçirdiyi konfransda bildirib ki, İran il ərzində bəzən bir dəfə, bəzən də iki dəfə Əfqanıstana 500-600 milyon avro nağd pul yardımı edir. O, verilən pulların qanuni və iki qonşu ölkə əməkdaşlığı çərçivəsində olduğunu bildirib.

İranın "Mehr" agentliyinin məlumatına əasən, İran XİN sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İran Əfqanistanın sabitliyi üçün bu ölkəyə maliyyə vəsaiti ayırıb və bu yardımlar davam etdiriləcək.

Ağ ev sözçüsü Filip Krouli İranın Əfqanıstana maliyyə yardımlarına cavab olaraq bildirib ki, İranın Əfqanıstana maliyyə yardımının hansı məqsəd güddüyü tamamilə şübhə altındadır.

ABŞ İranı İraq və Əfqanıstanda sabitliyi pozmaqda ittiham edir. İran bu iddiaları rədd edir.

Xəbər lenti

Xəbər lenti