...

Həmid Kərzai Rusiya və NATO-nun Əfqanıstanda keçirdiyi hərbi əməliyyatı pisləyib

Dünya xəbərləri Materials 30 Oktyabr 2010 14:40 (UTC +04:00)
Əfqanıstan Prezidenti Həmid Kərzai NATO və Rusiya hərbçilərinin Nəngərhar əyalətində keçirdiyi hərbi əməliyyatı pisləyib.
Həmid Kərzai Rusiya və NATO-nun Əfqanıstanda keçirdiyi hərbi əməliyyatı pisləyib

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir D.Xatınoğlu/

Əfqanıstan Prezidenti Həmid Kərzai NATO və Rusiya hərbçilərinin Nəngərhar əyalətində keçirdiyi hərbi əməliyyatı pisləyib.

Trend-ə Əfqanıstan Prezidenti Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Kərzai bildirib ki, bu əməliyyatlar yerli qüvvələrlə əlaqələndirilmədən keçirilib. Məlumata görə, Kərzai Daxili İşlər və Müdafiə nazirliklərinə tapşırıq verib ki, bu gün axşamadək Rusiya-NATO əməliyyatları barədə Prezidentə məruzə təqdim etsinlər.

NATO və Rusiya hərbçiləri ilk dəfədir ki, Əfqanıstanda birgə hərbi əməliyyat keçiriblər.

"RİA Novosti"nin dekabrın 29-da yaydığı məlumatına görə, Rusiya-NATO qüvvələri Əfqanıstanda narkotik maddə istehsalı ilə qeyri-qanuni məşğul olan 4 sexə hücum edərək, 1 tondan artıq heroin və 1 ton tiryək məhv ediblər.

Hazırda dünyada narkotik maddələrin 90 faizi Əfqanıstanda istehsal olunur.

Xəbər lenti

Xəbər lenti