...

"5+1" qrupu ilə keçiriləcək çoxtərəfli danışıqların detallarını aydınlaşdırmaq lazımdır – İran XİN nümayəndəsi

Dünya xəbərləri Materials 2 Noyabr 2010 17:10 (UTC +04:00)
Qərb İranın "5+1" qrupu ilə (Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Çin və Almaniya) keçiriləcək çoxtərəfli danışıqların detallarını aydınlaşdırmalıdır.
"5+1" qrupu ilə keçiriləcək çoxtərəfli danışıqların detallarını aydınlaşdırmaq lazımdır – İran XİN nümayəndəsi

Qərb İranın "5+1" qrupu ilə (Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Çin və Almaniya) keçiriləcək çoxtərəfli danışıqların detallarını aydınlaşdırmalıdır. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst çərşənbə axşamı həftəlik mətbuat konfransında deyib. Məlumatı IRIB-ə istinadən Press TV yayıb.

"İran və "5+1" qrupu danışıqları bərpa etməyə hazır olduqlarını bildiriblər, lakin danışıqların detallarını dəqiqləşdirmək lazımdır", - Mehamanpərəst qeyd edib.

O, əks tərəfi danışıqlar zamanı "qarşılıqlı fəaliyyəti" genişləndirməyə də çağırıb.

Mehmanpərəst əlavə edib ki, ilk növbədə, "altılıq"la danışıqların müddətini, keçirilmə yerini və predmetini dəqiqləşdirmək lazımdır.

"Danışıqların mövzusu ilə bağlı detallar əsas məsələlərdir və biz hesab edirik ki, hər iki tərəf bu sahədə razılığa gəlmək üçün qarşılıqlı fəaliyyəti davam etdirməlidir", - o qeyd edib.

Qərblə bilavasitə nüvə problemi üzrə danışıqlara gəldikdə, Mehmanpərəst əlavə edib ki, İran Vyana qrupu ilə (ABŞ, Fransa və BAEA) Tehran reaktoru üçün yacacağın verilməsinə dair danışıqlar aparmağa hazırdır.

Onun sözlərinə görə, Vyana qrupu ilə danışıqların əsasında 17 may 2010-cu il tarixli Tehran Bəyannaməsi durmalıdır.

İran, Türkiyə və Braziliya Tehranda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Tehran Türkiyə ərazisində az zənginləşdirilmiş 1200 kq uranı 20 faizədək zənginləşdirilmiş yanacağa dəyişdirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti