...

İran Vaşinqtonun "Cundullah" qruplaşmasının terrorçu təşkilatların siyahısına daxil etməsini alqışlayır – XİN nümayəndəsi

Dünya xəbərləri Materials 4 Noyabr 2010 18:27 (UTC +04:00)

İran Vaşinqtonun "Cundullah" qruplaşmasını terrorçu təşkilatların siyahısına daxil etməsini müsbət qiymətləndirib. Bu barədə İran XİN nümayəndəsi Ramin Mehmanpərəst bildirib. Məlumatı MEHR agentliyi yayıb.

O əlavə edib ki, terrorizmlə mübarizə bütün beynəlxalq birliyin işidir və belə addım Birləşmiş Ştatların düzgün istiqamətdə irəlilədiyini göstərir.

Çərşənbə günü ABŞ "Cundullah" qruplaşmasını bütün dünyada zorakılığın yayılması üçün "müxtəlif terrorçu metodlardan" istifadə edən terrorçu təşkilatların siyahısına daxil edib. ABŞ Dövlət Departamenti bəyan edib ki, "Cundullah"ın bütün üzvləri qruplaşma yaradılan andan İranda mülki şəxsləri və dövlət qulluqçularını öldürüb və şikəst ediblər.

Bəluc sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəlucistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır.

Xəbər lenti

Xəbər lenti