...

İran Aştianinin edamı haqqında informasiyanı təkzib edir

Dünya xəbərləri Materials 6 Noyabr 2010 12:24 (UTC +04:00)
Səkinə Məhəmmədi Aştiani Təbriz həbsxanasında edam edilməyib. Qərb KİV-lərinin məlumatlarını təkzib edən Şərqi Azərbaycan əyalətinin baş hakimi Mələk Əjdər Şərifi belə deyib.
İran Aştianinin edamı haqqında informasiyanı təkzib edir

Səkinə Məhəmmədi Aştiani Təbriz həbsxanasında edam edilməyib. Qərb KİV-lərinin məlumatlarını təkzib edən Şərqi Azərbaycan əyalətinin baş hakimi Mələk Əjdər Şərifi belə deyib. Məlumatı ISNA agentliyi yayıb.

"Qərb KİV-ləri özlərinin birbaşa vəzifələri ilə məşğul olmaq əvəzinə, İran ətrafında atmosferi gərginləşdirirlər, - o deyib. - Aştiani Təbriz həbsxanasında sağ və salamatdır.

Baş hakimin sözlərinə görə, onun işinə Şərqi Azərbaycan əyalətinin məhkəməsində baxılır.

BBC, "Le Monde" və "France 24" məlumat veriblər ki, ərinə xəyanət etməsində və onun qətlində təqsirləndirilərək həbs olunan Aştiani asılaraq edam edilib.

Xəbər lenti

Xəbər lenti