...

5+1 qrup ölkələri İranla müzakirələr aparmaq üçün siyasətlərində dəyişiklik etməlidir - Mənuçöhr Müttəki

Dünya xəbərləri Materials 9 Noyabr 2010 14:40 (UTC +04:00)
5+1 qrup ölkələri indiyədək İranla müzakirələrdə konstruktiv olmaq əvəzinə qarşı-qarşıya gəlməyə üstünlük verirdi. Bu qrup öz baxışlarını və siyasətlərini müzakirələr aparmaq üçün dəyişməlidir. Bu sözləri İranın xarici işlər naziri Mənuçöhr Müttəki jurnalistlərə açıqlamasında bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.
5+1 qrup ölkələri İranla müzakirələr aparmaq üçün siyasətlərində dəyişiklik etməlidir - Mənuçöhr Müttəki

5+1 qrup ölkələri (BMT TŞ-nin daimi üzvləri və Almanya) indiyədək İranla müzakirələrdə konstruktiv olmaq əvəzinə qarşı-qarşıya gəlməyə üstünlük verirdi. Bu qrup öz baxışlarını və siyasətlərini müzakirələr aparmaq üçün dəyişməlidir.  Bu sözləri İranın xarici işlər naziri Mənuçöhr Müttəki jurnalistlərə açıqlamasında bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.

Müttəki əlavə edib ki, İran ciddi və düzgün müzakirələr aparamağa hazırdır.

Onun sözlərinə görə , 5+1 qrup ölkələri ilə müzakirələrin noyabrın 15-də Türkiyədə keçirilməsi haqda razılıq əldə olunub.

Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eşton oktyabrda İrana danışıqları noyabrın ortalarında Vyanada keçirməyi təklif edib. Buna cavab olaraq, Müttəki Aİ-ni danışıqların müddətini konkretləşdirməyə çağırıb. Aİ nümayəndələri oktyabrın 16-da danışıqların noyabrın 15-16-da aparmağı təklif ediblər.

"5+1" və ya "altılıq" adlandırılan qrup 2003-cü ildən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə İranda nüvə silahının yayılmaması rejiminə təhlükə törədə biləcək uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılmasına nail olmağa çalışır.

Xəbər lenti

Xəbər lenti