NATO Mərkəzi Asiya ölkələri ilə ilk növbədə narkotiklərlə mübarizə xətti üzrə əməkdaşlığı genişləndirəcək. Bu barədə Lissabonda mətbuat konfransında alyansın baş katibi Anders Foq Rasmussen deyib. Xəbəri "Euronews"a istinadən "Rosbalt" yayıb.
"Biz Mərkəzi Asiya ölkələri ilə ilk növbədə Əfqanıstanda narkotik təhlükəsinə qarşı mübarizə üzrə əməkdaşlığa böyük əhəmiyyət veriririk", - baş katib bildirib.
Şimali Atlantika alyansı Mərkəzi Asiya ölkələri ilə "Yenilməz azadlıq" antiterror əməliyyatı çərçivəsində Əfqanıstana qeyri-hərbi yüklərin nəqli sahəsində, eləcə də "Sülh naminə tərəfdaşlıq" proqramı kimi bir sıra proqramlar üzrə əməkdaşlıq edir.