...

İranın xarici işlər naziri Bəhreynə səfər edib

Dünya xəbərləri Materials 3 Dekabr 2010 13:54 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçöhr Müttəki "Manama dialoqu" regional təhlükəsizlik iclasında iştirak etmək üçün bu gün səhər Bəhreynin paytaxtı Manamaya səfər edib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

İranın XİN rəhbəri "Manama dialoqu" regional təhlükəsizlik iclasında çıxış edəcək.

Müttəki səfər çərçivəsində iclasda iştirak edən ölkələrin XİN rəhbərləri və Bəhreyn rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

"Manama dialoqu" regional təhlükəsizlik iclası bu gün öz işinə başlayıb və dekabrın 5-dək davam edəcək. İclasda dünyanın 25 ölkəsindən rəsmi şəxslər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti