...

İstanbul-Banqkok reysi ilə uçan təyyarənin göyərtəsində yanğın baş verib, 30 nəfər zərər çəkib

Dünya xəbərləri Materials 4 Dekabr 2010 12:03 (UTC +04:00)
Cümədən şənbə gününə keçən gecə İstanbuldan Banqkoka uçan Türkiyə Hava Yolları şirkətinə məxsus təyyarənin göyərtəsində alovlanma baş verib. Bu barədə Doğan agentliyi məlumat verib.
İstanbul-Banqkok reysi ilə uçan təyyarənin göyərtəsində yanğın baş verib, 30 nəfər zərər çəkib

Cümədən şənbə gününə keçən gecə İstanbuldan Banqkoka uçan Türkiyə Hava Yolları şirkətinə məxsus təyyarənin göyərtəsində yanğın baş verib. Bu barədə Doğan agentliyi məlumat verib.

Yanğın "Boeing 777-300 ER" təyyarəsi hələ uçuş zolağında olarkən təyyarənin arxa yük yerində baş verib. Bu, sərnişinlər arasında təşvişə səbəb olub. Nəticədə 30 nəfər yüngül xəsarət alıb. Təyyarənin göyərtəsində 284 sərnişin olub.

Xəbər lenti

Xəbər lenti