Polşa Türkiyənin Aİ-yə daxil olmasını dəstəkləyir. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bəyan edib. Xəbəri Anadolu agentliyi yayıb.
Ərdoğan və onun polşalı həmkarı Donald Tusk Ankarada danışıqların yekunlarına dair mətbuat konfransı keçiriblər.
Ərdoğanın sözlərinə görə, Türkiyə Polşanın NATO-ya daxil olmasını dəstəkləyib, Polşa isə Türkiyənin Aİ-yə qəbul edilməsində müsbət mövqe tutub.
"Mən Tuska Polşanın müsbət mövqeyinə görə təşəkkürümü bildirmək istərdim. İnanıram ki, Polşa qarşıdakı dövrdə də bizi dəstəkləyəcək", - Ərdoğan bildirib.