...

Ermənistan tanınmayan dövlətlərlə müqavilə imzalaya bilər

Dünya xəbərləri Materials 17 Dekabr 2010 14:05 (UTC +04:00)
Ermənistan parlamenti cümə günü ikinci və yekun oxunuşda "Beynəlxalq müqavilələr haqqında" qanuna düzəlişlərin layihəsini qəbul edib.
Ermənistan tanınmayan dövlətlərlə müqavilə imzalaya bilər

Ermənistan parlamenti cümə günü ikinci və yekun oxunuşda "Beynəlxalq müqavilələr haqqında" qanuna düzəlişlərin layihəsini qəbul edib. Həmin sənəd beynəlxalq hüquqla tanınmayan subyektlərlə sülhün təmin olunması, insan haqlarının müdafiəsi, humanitar və ya maliyyə-iqtisadi kömək məsələlərində münasibətləri nizamlayır. Bu barədə "Novosti-Armeniya" yazır.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın parlament iclasında dediyi kimi, qanuna düzəlişlərin qəbul edilməsi 2010-cu il dekabrın əvvəlində Astanada keçirilən ATƏT sammitindən sonra xüsusilə aktual olub.

Xəbər lenti

Xəbər lenti