İranın Dezful şəhəri yaxınlığında əsasən köçəri əhalinin yaşadığı Çale Qasım kəndində ötən gün çadırda dərs keçən müəllimi və şagirdləri ildırım vurub. Hadisə nəticəsində şagirdlərdən biri ölüb, müəllim və daha 6 şagird isə yaralanıb. Məlumatı İranın ILNA xəbər agentliyi yayıb.
Məlumata əsasən, hadisə yerinə iki təcili tibbi yardım briqadası gəlib və ağır dərəcəli yanıq xəsarətləri alan müəllim və şagirdlər Dezful şəhər xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.