...

İranın Londondakı konsul şöbəsinin binasında partlayış səsi eşidilib

Dünya xəbərləri Materials 18 Dekabr 2010 12:45 (UTC +04:00)
İranın Londondakı konsul şöbəsinin ünvanına göndərilən şübhəli bağlama cümə günü hadisə yerinə gələn bomba zərərsizləşdirən mütəxəssislər tərəfindən binadan çıxarılıb.
İranın Londondakı konsul şöbəsinin binasında partlayış səsi eşidilib

İranın Londondakı konsul şöbəsinin ünvanına göndərilən şübhəli bağlama cümə günü hadisə yerinə gələn bomba zərərsizləşdirən mütəxəssislər tərəfindən binadan çıxarılıb. Məlumatı Press TV IRNA agentliyinə istinadən yayıb.

Şahidlərin ifadələrinə görə, şübhəli paketi aşkar edən konsul şöbəsinin əməkdaşları dərhal onu binadan çıxarıblar və polisə məlumat veriblər.

Mütəxəssislər tərəfindən partlayıcı qurğu zərərsizləşdirilənədək polis yaxınlıqdakı küçələri mühasirəyə alıb. Lakin şahidlərin sözlərinə görə, paket binanın yaxınlığında bir neçə saatdan sonra partlayıb.

Məlumata görə, partlayışdan zərər çəkən olmayıb.

Şahidlərin ifadələrinə baxmayaraq, polis bildirib ki, ola bilsin içərisində partlayıcı maddə olmayan paketin yoxlama partlayışı həyata keçirilib.

Paket Londonun qərbindəki Kensinqton rayonunda, İran səfirliyindən bir neçə küçə aralıda yerləşən İranın konsul şöbəsinə cümə günü göndərilib.

Xəbər lenti

Xəbər lenti