...

Tunis Prezidenti Ben Əli ölkədən qaçıb

Dünya xəbərləri Materials 15 Yanvar 2011 03:37 (UTC +04:00)
Tunis Prezidenti Zin El Abidin Ben Əli cümə günü ölkəsini tərk edərək Fars körfəzi ölkələrindən birinə qaçıb. Məlumatı şənbə günü "Əl Jəzirə" peyk kanalı yayıb.
Tunis Prezidenti Ben Əli ölkədən qaçıb

Tunis Prezidenti Zin El Abidin Ben Əli cümə günü ölkəsini tərk edərək Fars körfəzi ölkələrindən birinə qaçıb. Məlumatı şənbə günü "Əl Cəzirə" peyk kanalı yayıb.

Ben Əlinin BƏƏ-nə yollandığı istisna edilmir. Kanal Tunis Prezidentinin ailəsinin hazırda Dubayda olduğu barədə məlumat yayıb.  

2010-cu ilin dekabr ayından Tunisdə etiraz nümayişləri başlayıb. Nümayişçilər ölkədə olan sosial - iqtisadi vəziyyətə, korrupsiyaya və işsizliyin yüksək səviyyəsinə etiraz edirlər. Prezident Ben Əli nümayişlərə cavab olaraq hökuməti istefaya göndərib, bəzi məhsulların qiymətlərinin aşağı salınması barədə sərəncamlar imzalayıb. Nümayişlərin davam etdirilməsinə cavab olaraq, Prezident bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.  Lakin Tunisin bütün şəhərlərində nümayişlərin kəsilməməsi nəticəsində ölkə başçısı ölkəni tərk edib.

Prezidentin səlahiyyətlərinin Baş nazir Məhəmməd əl-Chənnuşi üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti