...

Əhmədinejadın hərraca çıxarılmış avtomobili 2 milyon dollara satıla bilər

Dünya xəbərləri Materials 17 Yanvar 2011 12:58 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejadın klassik avtomobillər sərgisində hərraca çıxarılacaq 1977-ci il buraxılışlı "Peugeot 504" markalı avtomobilini 2 milyon dollara almaq istəyən müştəri tapılıb. Bunu İranın sosial təminat naziri Sadiq Məhsuli bildirib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.
Əhmədinejadın hərraca çıxarılmış avtomobili 2 milyon dollara satıla bilər

İran Prezidenti Mahmud Əhmədinejadın klassik avtomobillər sərgisində hərraca çıxarılacaq 1977-ci il buraxılışlı "Peugeot 504" markalı avtomobilini 2 milyon dollara almaq istəyən müştəri tapılıb. Bunu İranın sosial təminat naziri Sadiq Məhsuli bildirib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Məhsuli əlavə edib ki, beynəlxalq hərracın təşkili məqsədi ilə www.ahmadinejad-car.com internet saytı istifadəyə verilib və 2 milyon dollarlıq təklif həmin sayt vasitəsi ilə irəli sürülüb.

Bundan əvvəl, ötən ilin noyabrında Məhsuli qeyd etmişdi ki, İran Prezidentinin avtomobilinin satışı üzrə hərrac İranda aztəminatlı ailələrin əlverişli mənzillərdən istifadəsinin təmin edilməsini nəzərdə tutan "Mehr" milli mənzil tikintisi proqramının dəstəklənməsinə yönəlib.

Klassik avtomobillər sərgisi fevralda İranın cənub-qərb əyaləti Xuzistandakı "Ərvənd" azad ticarət zonasında keçiriləcək. Prezidentin avtomobili müxtəlif ölkələrdən gətirilən 70 digər klassik avtomobillə birgə hərraca qoyulacaq.

Xəbər lenti

Xəbər lenti