...

Əhmədinejad: 100 000 sanksiyanın tətbiqi də İranı dayandıra bilməz

Dünya xəbərləri Materials 18 Yanvar 2011 14:45 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramına qarşı 100 000 sanksiyaya tətbiq etsə də, bu proqram dayandırılmayacaq
Əhmədinejad: 100 000 sanksiyanın tətbiqi də İranı dayandıra bilməz

İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramına qarşı 100 000 sanksiyaya tətbiq etsə də, bu proqram dayandırılmayacaq.

Fars Agentliyinin məlumatına əsasən, Əhmədinejad bildirib ki, İran artıq nüvə dövlətidir. "Bir zaman İranın nüvə texnologiyasına yiyələnməsinə mane olmaq istəyirdilər, edə bilmədilər. Hazırda bəhanə gətirirlər ki, İran nüvə silahı istehsal etmək niyyətindədir. Bu bəhanələr bizi maraqlandırmır" - deyə, Əhmədinejad bildirib.

Əhmədinejadın bu sözləri 5+1 ölkələri (Fransa, ABŞ, Britaniya, Rusia, Çin + Almaniya) ilə İranın növbəti müzakirələri ərəfəsində deyib. Hazırda İranın XİN rəhbəri və Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi Türkiyəyə səfər edib. İran və 5+1 ölkələrinin növbəti iclası yanvarın 21-də İstanbulda keçiriləcək.

BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə 6 qətnamə çərçivəsində dörd dövr iqtisadi sanksiyalar tətbiq edib. İran sanksiyaları qeyri-qanuni hesab edir və rədd edir.

Xəbər lenti

Xəbər lenti