...

İran beynəlxalq nüvə bazarına daxil olmaq niyyətindədir

Dünya xəbərləri Materials 13 Mart 2011 13:45 (UTC +04:00)
İranın Atom Enerjisi Təşkilaının yeni təyin olunmuş rəhbəri bildirib ki, nüvə materyalları və texnologiyası sahəsində İran öz fəaliyyətlərini genişləndirir və beynəlxalq bazarlarda öz yerini tutmaq niyyətindədir.
İran beynəlxalq nüvə bazarına daxil olmaq niyyətindədir

İranın Atom Enerjisi Təşkilaının yeni təyin olunmuş rəhbəri bildirib ki, nüvə materyalları və texnologiyası sahəsində İran öz fəaliyyətlərini genişləndirir və beynəlxalq bazarlarda öz yerini tutmaq niyyətindədir.

İrna agentliyinin məlumatına əsasən, Freydun Abbası bildirib ki, beynəlxalq sahədə nüvə texnologiyası və xidmətlərinin bazarına daxil olmaq İranın marağındadır.

Abbasi bildirməyib ki, nüvə sahəsində xidmət, nüvə materyalları və texnologiya dedikdə, konkret nəyi nəzərdə tutur.

BMT Təhülkəsizlik Şurasının İranla bağlı qətnamələrinə əsasən, bütün ölkələrə İrana hansısa nüvə texnelogiyası, materyalı və xidməti göstərmək qadağa olunub.

BMT-nin 1747-ci qətnaməsi, İrana uran satmaq, nüvə texnologuası vermək və digər nüvə sahəsində əməkdaşlığa qadağa qoyub.

Qərb ölkələri, Xüsusilə də ABŞ İranın nüvə silahı istehsal etmək istiqamətində olduğnu düşünür. BMT TŞ indiyədək İrana dörd sanksiya tətbiq edib. İran iddia edir ki, nüvə fəaliyyətləri dinc məqsəd daşıyır.

Xəbər lenti

Xəbər lenti