...

İran Prezidenti şiə-sünni münaqişəsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Dünya xəbərləri Materials 7 Aprel 2011 14:07 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad regionda İran-ərəb ölkələri və şiə-sünni münaqişəsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

"ABŞ və Qərb ölkələri İran-ərəb ölkələri və şiə-sünni müharibəsi yaratmağa çalışırlar. Onlar region xalqları arasında ixtilaflar yaradaraq sionist rejimin devrilməsinin qarşısını almağa çalışırlar", - Əhmədinejad cümə axşamı İranın Kirmanşəhr şəhərində çıxışı zamanı deyib.

Fevralın 14-də Bəhreyndə dövlət əleyhinə kütləvi iğtişaşlar başlayıb. Bəhreyn hökuməti iğtişaşları yatırmaq üçün Səudiyyə Ərəbistanından yardım istəyib.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Bəhreynə hərbçilər göndərib. Ötən həftə İran Parlamenti bəyanat yayaraq, Səudiyyə Ərəbistanı və BƏƏ-nin Bəhreynə hərbi qüvvələr göndərməsinə etiraz və belə hərəkətlərin ehtimal olunan "nəticələri" ilə bağlı xəbərdarlıq edib. "Odla oynamaq Səudiyyə Ərəbistanının xeyrinə deyil", - İran Parlamentinin bəyanatında deyilir. Bundan sonra bazar günü Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin Ər-Riyadda fövqəladə iclası keçirilib. İclasın sonunda müştərək bəyanat qəbul edilərək İranın Fars körfəzi ölkələrinin daxili işlərinə müdaxiləsi tənqid olunub. "İranın Bəhreynin daxili işlərinə müdaxiləsi beynəlxalq qanunlara ziddir və biz onu pisləyirik", - Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti