...

İranda "Cundullah" qruplaşmasının 5 üzvü həbs edilib

Dünya xəbərləri Materials 18 Aprel 2011 12:17 (UTC +04:00)
İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində "Cundullah" qruplaşmasının 5 üzvü həbs olunub.
İranda "Cundullah" qruplaşmasının 5 üzvü həbs edilib

İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətlərində "Cundullah" qruplaşmasının 5 üzvü həbs olunub. Bu barədə Trend İranın /asriran.com/ saytına istinadən məlumat verir.

Məlumata əsasən, Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat nəticəsində həbs edilmiş şəxslərdən silah-sursat və partlayıcı yerləşdirilmiş kəmər müsadirə olunub. Həmin şəxslər regionda bir sıra terror aktları həyata keçirmək niyyətində olublar.

Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.

Təşkilatın üzərinə götürdüyü terror aktlarından biri 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50-yə yaxın insanın həyatına son qoyan partlayış olub.

Xəbər lenti

Xəbər lenti