...

İranın xarici işlər naziri BƏƏ-yə səfər edəcək

Dünya xəbərləri Materials 19 Aprel 2011 13:33 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün keçirdiyi mətbuat konfransında deyib.
İranın xarici işlər naziri BƏƏ-yə səfər edəcək

İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün keçirdiyi mətbuat konfransında deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Mehmanpərəst əlavə edib ki, Salehi İran və BƏƏ-nin müştərək iqtisadi komissiyasının iclasında iştirak etmək məqsədilə bu ölkəyə səfər edəcək. İki ölkə arasında müştərək iqtisadi komissiyanın iclasının keçirilmə tarixi ilə bağlı ilk razılıq əldə olunub, yaxın günlərdə səfərin dəqiq vaxtı açıqlanacaq.

İran və BƏƏ arasında hazırda üç ada (Əbu Musa, Böyük Tunb və Kiçik Tunb) üstündə ərazi mübahisəsi var. 1971-ci il sazişinə görə, strateji Hörmüz boğazının yaxınlığında yerləşən Böyük Tunb və Kiçik Tunb adaları Fars körfəzində İran ərazisinə aiddir, Əbu Musaya nəzarəti isə Tehran və Əbu Dabi birgə həyata keçirməlidir. Lakin BƏƏ ərəb ölkələrinin əksəriyyətinin dəstəyi ilə bu sazişi tanımaqdan imtina edir və həmin adaların ərəb ərazilərinə məxsus olduğunu bildirir. Ərazi mübahisələrinə baxmayaraq, ölkələr arasında möhkəm iqtisadi əlaqələr var. BƏƏ Fars körfəzində İranın iri ticarət tərəfdaşıdır. Ərəb KİV-inin məlumatına görə, BƏƏ-də 400 minə yaxın iranlı yaşayır.

Xəbər lenti

Xəbər lenti