...

Moskvaətrafında azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb

Dünya xəbərləri Materials 18 May 2011 14:39 (UTC +04:00)
Moskvaətrafındakı kütləvi davada bir nəfər öldürülüb, yeddi nəfərə odlu silahla xəsarət yetirilib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyinə Moskva vilayətinin hüquq-mühafizə orqanlarından məlumat verilib.
Moskvaətrafında azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb

Azərbaycan, Bakı, 18 may /Trend/

Moskvaətrafındakı kütləvi davada bir nəfər öldürülüb, yeddi nəfərə odlu silahla xəsarət yetirilib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyinə Moskva vilayətinin hüquq-mühafizə orqanlarından məlumat verilib.

Azərbaycanlılar və ermənilər arasında dava dünən axşamdan xeyli keçmiş Lyuberets rayonunun Oktyabr qəsəbəsindəki Toxucular küçəsində baş verib. "İlkin məlumatlara görə, münaqişə ədavətli münasibətlər zəminində baş verib. Davanın iştirakçıları travmatik və soyuq silahdan istifadə ediblər", - mənbə qeyd edib.

Nəticədə Dağıstandan olan 1987-ci il təvəllüdlü şəxs öldürülüb. Odlu silah və bıçaq xəsarətləri alan daha yeddi nəfər xəstəxanaya yerləşdirilib. Polis hadisə yerindən travmatik silaha məxsus gilizi götürüb.

Hadisənin səbəbləri və baş verdiyi şərait araşdırılır.

Xəbər lenti

Xəbər lenti