Gürcüstan, Tbilisi, 22 may /Trend, müxbir N.Kirtsxalia/
"Demokratik hərəkatı"-nın lideri, Nino Burcanadze həmkarlarını "köhnə incikliklərini unutmağa", və müxalifətin aksiyasına qoşulmağa çağırdı.
"Bu gün hamımız burada, gürcü xalqının yanında durmalıyıq. Ona görə də köhnə incikliklərini unutmağa çağırıram", Burcanadze dedi.
Hatırladaq ki, Xalq Məclisinin aksiyasına "Azad Gürcüstan" partiyası və onun lideri Kaxa Kokava, "Gürcü partiyası"-nın fəalları Levan Qaçiçeladze, Koka quntsadze və müğənni Utsnobi (Qiya Qaçiçeladze) qoşulublar.