...

İran və Misirin xarici işlər nazirləri görüşüb

Dünya xəbərləri Materials 25 May 2011 16:15 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi mayın 25-də İndoneziyada keçirilən Tərəfsiz Dövlətlər Hərəkatının XİN rəhbərlərinin iclası çərçivəsində misirli həmkarı Nabil əl-Ərəbi ilə görüşüb.
İran və Misirin xarici işlər nazirləri görüşüb

Azərbaycan, Bakı, 25 may /Trend/

İranın xarici işlər naziri Əli Əkbər Salehi mayın 25-də İndoneziyada keçirilən Tərəfsiz Dövlətlər Hərəkatının XİN rəhbərlərinin iclası çərçivəsində misirli həmkarı Nabil əl-Ərəbi ilə görüşüb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Görüşdə tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və bu məqsədlə davamlı görüşlərin aparılması ilə bağlı razılıq əldə ediblər.

İran ilə Misir arasında münasibətlər 1978-ci ildə - Misir İsraillə Kemp-Devid sülh sazişini imzalayandan və Qahirə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq təklif edəndən sonra pozulub. İki ölkə arasında münasibətlər Misirdə Hüsni Mübarək rejiminin devrilməsindən sonra istiləşməyə başlayıb.

Bundan əvvəl İran və Misirin xarici işlər nazirləri Əli Əkbər Salehi və Nabil əl-Ərəbi öz çıxışlarında iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi zəruriliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti