...

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə etiraz aksiyasının qarşısının alınmasını şərh etdi

Dünya xəbərləri Materials 26 May 2011 06:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 may / Trend müxbir N.Kirtsxalia/

26 may saat 00:10-da xüsusi təyinatlı dəstələr parlament ətrafındaki ərazini etriraz aksiyasının icazəsiz olmasından sonra müxalifətçilərdən azad edib, Gürcüstan DİN-in bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Xalq Məclisinə aksiya keçirmək üçün icazə yalnız 21-25 may tarixində verilmişdir. 26 may isə bu ərazidə Gürcüstanın Müstəqillik gününə həsr olunmuş hərbi paradın keçirilməsi planlaşdırılır.

Tbilisi şəhər icra hakimiyyəti və polis aksiya iştirakçılarına rəsmi xəbərdarlıq edərək, aksiyaya davam etməsinə icazə verilməyəcəyini bildirmişdirlər.

Xəbər lenti

Xəbər lenti