Azərbaycan, Bakı, 30 may /Trend/
İran Prezidenti Mahmud Əhmədinejad Ermənistana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat yayıb.
İran Prezidenti Yerevan-Tehran münasibətlərinin genişləndirilməsi məqsədilə iyunun 6-da Ermənistana iki günlük səfər edəcək.
Bundan əvvəl 2007-ci ildə Əhmədinejad Ermənistanda rəsmi səfərdə olub.