...

Seçkilərdən sonra ilk rəsmi səfər Azərbaycana edilə bilər - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 9 İyun 2011 12:23 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədəki parlament seçkilərindən sonra o, ilk rəsmi səfərini Azərbaycana edə bilər. Trend-in məlumatına görə, xəbəri "CNN Turk" telekanalı yayıb.
Seçkilərdən sonra ilk rəsmi səfər Azərbaycana edilə bilər - Türkiyənin Baş naziri

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədəki parlament seçkilərindən sonra o, ilk rəsmi səfərini Azərbaycana edə bilər. Trend-in məlumatına görə, xəbəri "CNN Turk" telekanalı yayıb.

Ərdoğan mətbuat konfransında parlament seçkilərindən sonra ilk rəsmi səfəri barədə suallara cavab verərəkən deyib ki, artıq hər şey həll olunub və onun ilk səfəri ya Azərbaycana, ya da Şimali Kiprə olacaq.

Türkiyədə parlament seçkiləri iyunun 12-ə nəzərdə tutulub. Ərdoğanın partiyası Türkiyədə 2002-ci ilin noyabrından hakimiyyətdədir. 2007-ci ilin iyununda keçirilən son parlament seçkilərində partiya seçicilərin 47 faiz səsini toplayıb və birpartiyalı hökumət formalaşdırıb.

Xəbər lenti

Xəbər lenti