...

İranın nüvə obyektlərinə bütün ölkələr baxış keçirə bilərlər - XİN rəhbəri

Dünya xəbərləri Materials 16 İyun 2011 14:12 (UTC +04:00)
İran bütün ölkələri, o cümldən 5+1 qrupuna üzv ölkələri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) nüvə obyektlərinə baxış keçirməyə dəvət edir. Bunu İranın xarici işlər nazir Əli Əkbər Salehi deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir-ə istinadən məlumat verir.
İranın nüvə obyektlərinə bütün ölkələr baxış keçirə bilərlər - XİN rəhbəri

Azərbaycan, Bakı, 16 iyun /Trend/

İran bütün ölkələri, o cümldən 5+1 qrupuna üzv ölkələri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) nüvə obyektlərinə baxış keçirməyə dəvət edir. Bunu İranın xarici işlər nazir Əli Əkbər Salehi deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir-ə istinadən məlumat verir.

"İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı həmişə yaxşı səviyyədə olub. İranın nüvə fəaliyyətləri şəffafdır və BAEA-nın tam nəzarətindədir", - Salehi bildirib.

O əlavə edib ki, İran öz nüvə fəaliyyətlərinin sülhyönlü olduğundan tam əmindir.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə-elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti