...

Səudiyyə polisi DİN rəhbərinin imarətinə hücum edən şəxsi güllələyib

Dünya xəbərləri Materials 6 Avqust 2011 12:25 (UTC +04:00)
Səudiyyə Ərəbistanı polisi cümə günündən şənbə gününə keçən gecə Nazirlər Kabineti sədrinin 2-ci müavini, DİN rəhbəri şahzadə Naif bin Əbdül Əziz əl Səudun imarətinə silahdan atəş açan şəxsi güllələyib.
Səudiyyə polisi DİN rəhbərinin imarətinə hücum edən şəxsi güllələyib

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Səudiyyə Ərəbistanı polisi cümə günündən şənbə gününə keçən gecə Nazirlər Kabineti sədrinin 2-ci müavini, DİN rəhbəri şahzadə Naif bin Əbdül Əziz əl Səudun imarətinə silahdan atəş açan şəxsi güllələyib. Trend-in məlumatına görə, bu barədə krallığın SPA agentliyi məlumat verib.

DİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, insident şənbə günü gecə saat 1-də Ciddə şəhərində Səudiyyə kral ailəsinin yay iqamətgahında baş verib.

"Naməlum kişi silahdan şahzadə bin Əbdül Əziz əl Səudun imarəti yaxınlığında yerləşən buraxılış məntəqəsinə atəş açıb. Mühafizə xidməti hədəfə atəş açıb, hücum edən şəxs öldürülüb", - agetlik DİN nümayəndəsinin sözlərinə istinad edir.

Sarayın mühafizəçiləri atışma zamanı xəsarət almayıblar. Hücum edən şəxsi DİN rəhbərinin imarətinə atəş açmağa məcbur edən səbəblər məlum deyil, araşdırma aparılır.

Şahzadə bin Əbdül Əziz əl Səudun 78 yaşı var. O, Səudiyyə Krallığının banisinin oğlu və monarx taxt-tacının varislərindən biridir.

Xəbər lenti

Xəbər lenti