...

Əhməd Davudoğlu: Biz Suriyada yaxın zamanda siyasi islahatların aparılmasına ümid bəsləyirik

Dünya xəbərləri Materials 9 Avqust 2011 23:57 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya rəsmi səfərindən sonra mətbyat konfransı keçirmişdir. Bu barədə CNN Türk xəbər yayıb.
Əhməd Davudoğlu: Biz Suriyada yaxın zamanda siyasi islahatların aparılmasına ümid bəsləyirik

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya rəsmi səfərindən sonra mətbyat konfransı keçirmişdir. Bu barədə CNN Türk xəbər yayıb.

Davudoğlu jurnalistlərin suallarını cavablandıraraq bildirdi ki, Türkiyə Suriyadakı vəziyyəti diqqətlə izləyir və bu ölkədə yaxın zamanda siyasi islahatların aparılmasına ümid bəsləyir.

"Biz ümidvarıq ki, bu islahatların nəticəsində qan axını dayandırılacaq. Türkiyə Suriyadakı vəziyyəti diqqətlə izləyir", deyə Davudoğlu bildirib.

Bu gün Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Suriyaya səfər edib. Səfər zamanı XİN rəhbəri ölkə prezidenti Bəşşar Əsədlə görüş keçirib. Görüş altı saat davam edib.

Suriyanın bir çox şəhərlərində ordu ilə prezident Bəşşar Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 800 dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmiləri bu rəqəmin 100 dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali yox silahlı terror qruplaşmalarının üzvləri olduğunu bildirib.

Suriyada baş verən hadisələrə etiraz olaraq dünən Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıblar.

Xəbər lenti

Xəbər lenti