...

İran parlamentinin spikeri Ərəb Ölkələri Liqasının baş katibini ölkəsinə dəvət edib

Dünya xəbərləri Materials 10 Avqust 2011 14:43 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani Ərəb Ölkələri Liqasının baş katibi Nəbil əl-Ərəbini İslam Respublikasına rəsmi səfərə dəvət edib.
İran parlamentinin spikeri Ərəb Ölkələri Liqasının baş katibini ölkəsinə dəvət edib

Azərbaycan, Bakı, 10 avqust /Trend/

İran parlamentinin spikeri Əli Laricani Ərəb Ölkələri Liqasının baş katibi Nəbil əl-Ərəbini İslam Respublikasına rəsmi səfərə dəvət edib. Bu barədə Trend İran parlamentinin rəsmi xəbər saytı icana.ir-ə istinadən məlumat verir.

Məlumata əsasən, Laricaninin rəsmi dəvət məktubunu Nəbil əl-Ərəbiyə İran parlamentinin Xarici siyasət və təhlükəsizlik komissiyasının sədri Əlaəddin Brucerdi dünən onunla görüşündə təqdim edib.

İran parlamentinin nümayəndələri dünən Misirdə səfərdə olublar.

Nəbil əl-Ərəbi bu il oktyabrın 1-2-də Tehranda keçiriləcək "Fələstin mübarizəsinə dəstək" beynəlxalq konfransında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti