...

İranda intiharların sayı artıb

Dünya xəbərləri Materials 15 Avqust 2011 19:16 (UTC +04:00)
İranda yerli təqvim ilinin ilk üç ayı ərzində intihar hallarının sayı ötən illə müqayisədə 4,9 faiz artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi məhkəmə-tibbi ekspertiza mərkəzinin rəhbəri Əhməd Şocai deyib.
İranda intiharların sayı artıb

Azərbaycan, Bakı, 15 avqust /Trend/

İranda yerli təqvim ilinin ilk üç ayı ərzində intihar hallarının sayı ötən illə müqayisədə 4,9 faiz artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi məhkəmə-tibbi ekspertiza mərkəzinin rəhbəri Əhməd Şocai deyib.

Şocainin sözlərinə görə, bu müddət ərzində İranda 952 nəfər özünə qəsd edib. Onların 274-ü qadın, 678-i kişi olub.

O əlavə edib ki, ötən il bu rəqəm 870 nəfər olub. "2009-cu illə müqayisədə özünə qəsdlərin sayı 17 faiz artıb", - Şocai bildirib.

Onun sözlərinə görə, hər gün İranda təxminən 10 nəfər həyatına son qoyur.

İran əhalisi 75 milyon nəfərdən çoxdur. Ekspertlərin fikrincə, son vaxtlar işsizliyin yüksək səviyyədə olması, ümumilikdə ölkədəki mürəkkəb iqtisadi vəziyyət və İrana qarşı təbiq edilən sanksiyalar nəticəsində yaranan beynəlxalq təcridolma iranlılara güclü psixoloji təzyiq göstərir.

Xəbər lenti

Xəbər lenti