...

Misir ordusu Sinada hərbi əməliyyatlara başlayıb

Dünya xəbərləri Materials 31 Avqust 2011 12:24 (UTC +04:00)
Bu gün səhər saatlarında Misir ordusu ölkənin şimal şərqindəki Sina yarımadasında radikal islamçılara qarşı hərbi əməliyyatlara başlayıb.
Misir ordusu Sinada hərbi əməliyyatlara başlayıb

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Bu gün səhər saatlarında Misir ordusu ölkənin şimal şərqindəki Sina yarımadasında radikal islamçılara qarşı hərbi əməliyyatlara başlayıb. Bu barədə Trend Misirin "Nil" telekanalına istinadən məlumat verir.

Məlumata görə, radikal islamçılara qarşı keçirilən əməliyyatlara 1500 əsgər, 500 xüsusi təyinatlı polis cəlb edilib. Əməliyyatlar Refah və Ari şəhərlərinin yaxınlığında aparılır. Keçirilən əməliyyatlarda bir radikal islamçı qətlə yetirilib, 20-si həbs edilib.

"Nil" telekanalı Misir ordusuna kömək məqsədi ilə İsrailin Qırmızı dənizə iki hərbi gəmi göndərdiyini bildirib.

Yanvarın 25-də Prezident Hüsni Mübarəkin devrilməsindən sonra Misirin Sina yarımadasında ölkədəki bir çox radikal islamçı qruplaşmalar cəmlənib.

Xəbər lenti

Xəbər lenti