...

İraq Prezidenti Abdullah Öcalanın həbsinin ev dustaqlığı ilə əvəz olunmasını təklif edib - agentlik

Dünya xəbərləri Materials 17 Sentyabr 2011 14:39 (UTC +04:00)
Kürd probleminin həlli üçün PKK (Kürd Fəhlə Partiyası) lideri Abdullah Öcalanın həbsinin ev dustaqlığı ilə əvəz olunması vacibdir.
İraq Prezidenti Abdullah Öcalanın həbsinin ev dustaqlığı ilə əvəz olunmasını təklif edib - agentlik

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Kürd probleminin həlli üçün PKK (Kürd Fəhlə Partiyası) lideri Abdullah Öcalanın həbsinin ev dustaqlığı ilə əvəz olunması vacibdir. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi İraq Prezidenti Cəlal Tələbaninin bəyanatına istinadən yazıb.

Türkiyənin xarici işlər nazirinin müşaviri Firuddin Sınırlıoğlu bugünlərdə İraqa səfər edib. Səfər zamanı o, ölkənin rəsmi şəxsləri ilə regionda terrorizmlə mübarizə, xüsusilə terrorçu PKK-nın zərərsizləşdirilməsi yollarını müzakirə edib.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirilib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.
Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti