...

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriyaya qarşı qətnamə layihəsinə veto qoyub

Dünya xəbərləri Materials 5 Oktyabr 2011 04:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.

Səsvermə zamanı qətnamənin qəbul olunmasının lehinə doqquz ölkə səs verib, dörd ölkə isə bitərəf qalıb.

Avropa ölkələrinin təklif etdiyi qətnamə layihəsi Suriyanın 30 gün ərzində ölkədə zorakılığın dayandırılması ilə bağlı tələbləri yerinə yetirməməsi halında, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi imkanını nəzərdə tutur.

Martın ortalarında Suriyada hökümətə qarşı etiraz aksiyaları başlayıb. BMT-nin məlumatına əsasən, etirazçıların polis və ordu ilə toqquşmalarda 2,7 minə yaxın mülki şəxa həlak olub.

Xəbər lenti

Xəbər lenti