...

“İslam Cihadı” İsrailə cavab vermək niyyətindədir

Dünya xəbərləri Materials 30 Oktyabr 2011 13:34 (UTC +04:00)
Fələstinin “İslam Cihadı” radikal qruplaşması Qəzzaya aviazərbələri davam edəcəyi təqdirdə İsrailə cavab verəcək
“İslam Cihadı” İsrailə cavab vermək niyyətindədir

Azərbaycan, Bakı, 30 oktyabr / Trend /

Fələstinin "İslam Cihadı" radikal qruplaşması Qəzzaya aviazərbələri davam edəcəyi təqdirdə İsrailə cavab verəcək. Trend-in məlumatına görə, bu barədə bazar günü RİA Novosti-yə qruplaşmadan olan mənbə bildirib.

"Biz razılaşmışıq ki sakitliyi qoruyacıq, lakin bu İsrailin Qəzzaya hücumu zamanı bizim dinc oturacağımız demək deyil", - mənbə bildirib.

Frans Press bildirir ki, İsrail hərbi aviasiyasının ötən gün Qəzza zolağını bombalaması nəticəsində doqquz fələstinli həlak olub.

Bu, HƏMAS və İsrail arasında əsirlərin dəyişdirilməsi ilə bağlı oktyabrın 18-də əldə olunmuş danışıqlardan sonra ilk qurbanlardır.

Xəbər lenti

Xəbər lenti